27 Dekabr, 2011
Pirat disklər məhv edildi

İcrası məcburi göstəriş yerinə yetirilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Aslan Bayramova, Əziz Orucova və Asif Bağırova məxsus mağazalarda aşkar olunmuş pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkarlara icrası məcburi göstəriş verilib.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu mağazalardan satışdan çıxarılmış 1500-ə yaxın pirat CD və DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!