27 Dekabr, 2011
Dörd illiyin yekunu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın 4 illik fəaliyyəti Şəki və Zaqatalada müzakirə edilib.

Simsar.az-a verdiyi məlumata görə, tədbirlərdə çıxış edən Şura əməkdaşı Tofiq Həsənov son illər ölkə QHT-lərinə verilən dövlət dəstəyi nəticəsində üçüncü sektorun sürətlə inkişaf etdiyini bildirib. Şura ötən 4 il ərzində 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayrıldığını qeyd edib.

Yerli icra strukturları, bələdiyyələr, QHT və media təmsilçilərinin iştirakı ilə keçən sessiyalarda Şuranın 2012-ci il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin mövzuları və müddətləri ilə bağlı suallar cavablandırılıb. QHT rəhbərləri layihələrin reallaşdırılmasına aid təkliflərlə çıxış edib.

Noyabrın 29-dan başlamış məlumatlandırma sessiyaları öncə Gəncə, Bərdə, Qazax, Şəmkir, Mingəçevir, Lənkəran, Qəbələ, Şirvan, İmişli, Xaçmaz şəhərlərində keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!