27 Dekabr, 2011
Valeriya Boyer ölum hədələrinə məruz qalıb

Erməni soyqrımını gündəmə gətirən deputat iddia qaldıracaq

Erməni soyqrımını inkar edənlər üçün cəzanı nəzərdə tutan qanunun müəllifi Valeriya Boyer ölüm hədələri alması ilə bağlı açıqlama verib. Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, V.Boyer özündən başqa ata-anasının, uşaqlarının da hədələndiyini bildirib: «Qanunun qəbulundan sonra ölüm, təcavüz hədələri alıram. Təhqirlərə məruz qalıram. Sahib olduğum hər şeyi əlimdən alacaqlarını deyirlər. Millət vəkili kimi də şəxsiyyətimi təhqir edirlər», Hədələrin həm də facebook, tvitter, mail vasitəislə də edildiyini deyən V.Boyer hüquq-mühafizə orqanlarında iddia qaldıracağını bildirib.
Bu, Marseldən seçilmiş, iqtidar partiyası UMP-dən olan deputat V.Boyerin qanunun qəbulundan sonra mətbuata ilk açıqlamasıdır.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!