27 Dekabr, 2011
Azərbaycanlılar Yeni ili qarşılamaq üçün ən çox İstanbul və Dubayı seçib

1 həftəlik istirahət 1000 manata başa gəlir

Bu il ölkə vətəndaşları yeni ili qeyd etmək üçün daha çox İstanbul və Dubayı seçib.

 Turizm agentliklərinin məlumatlarına görə, , yeni ili ölkədən kənarda qarşılayanların 70 faizi adı çəkilən yerlərə üz tutur:

“Buna əsas səbəb qiymətlərin münasib olmasıdır. Həmyerlilərimiz daha çox 3-4 ulduzlu otelləri seçir”.

Şirkətdən bildiriblər ki, Dubayda və İstanbulda yeni ili qeyd etmək bilet də daxil olmaqla 1 həftəlik bütün xidmətlər daxil olmaqla 1000-1200 manata başa gəlir. Bu qiymətlər beşulduzlu otellər üçün nəzərdə tutulub.

3-4 ulduzlu otellər üçün isə göstərilənlər daxil olmaqla qiymətlər 1000 manatdan yuxarı deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!