26 Dekabr, 2011
Əflatun Amaşov "Azadlıq"ın yubileyində baş verənləri qeyri-siyasi olay adlandırır

"Hadisəni siyasi orqanların qəzetə qərəzinin nəticəsi kimi qiymətləndirmək düzgün deyil”

“Azadlıq” qəzeti Mətbuat Şurasına müraciət edərsə, biz bu olaya rəsmi münasibət bildirərik”. Mətbuat Şurasının sədri Əflatun Amaşov dekabrın 26-da Simsar.az saytına belə deyib.

Dekabrın 25-də Bakıda “Azadlıq” qəzetinin 22 yaşına həsr olunmuş tədbir yarımçıq qalıb. Paytaxtın Nəsimi rayonundakı “Qızıl tac” şadlıq evində keçirilən tədbir başlayar-başlamaz işıq sönüb və tədbir dayandırılıb.

Əflatun Amaşov “Media forum”a bildirib ki, işıqların sönməsi hər halda yaxşı hal deyil: “Bu hadisə çox təəssüf doğurur. Sözün düzü, hadisənin hansı səbəbdən baş verdiyini dəqiq bilmirəm. Amma bunun qəzetə qarşı bir siyasət olduğunu düşünmürəm və hesab edirəm ki, hadisəni siyasi orqanların qəzetə qərəzinin nəticəsi kimi qiymətləndirmək düzgün deyil”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!