26 Dekabr, 2011
Yağmursuz hava şəraiti davam edəcək

Yaxın iki gündə ölkə ərazisində dəyişkən, buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan Simsar.az-a verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Temperatur göstəricilərinə gəldikdə, paytaxtda gecə 2-5 dərəcə, gündüz 7-11 dərəcə isti müşahidə olunacaq.


Dekabrın 28-də Bakıda dəyişkən, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bəzi yerlərdə duman, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Paytaxtda gecə 3-5, gündüz 7-11 dərəcə isti gözlənilir.
Bölgələrdə yaxın 2 gün ərzində dəyişkən, buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər duman, mülayim qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlıq və dağətəyi rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.


Qeyd edək ki, yaxın iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!