20 Dekabr, 2011
Bakının nəqliyyat sistemi "Eurovision-2012"dək tam hazır olacaq

Ziya Məmmədov: “Bütün təbdirlər görüləcək ki, Bakıya gələnlər razı qalsınlar”

“Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq məqsədilə Bakının bütün yolları və nəqliyyat infrastrukturu abadlaşdırılır. Bütün təbdirlər görüləcək ki, Bakıya gələnlər razı qalsınlar”. Bunu bu gün jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib. 

Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəsi layihəsi ilə bağlı bütün işlər hazırlıq vəziyyətinə gətirilib: “Hazırda layihə üzrə tamamlanma işləri gedir, bu sistem üzərində iş daima aparılmalıdır. Layihə çərçivəsində həmçinin dayancaqların müvafiq qaydaya salınması nəzərdə tutulur”.

Nazir bildirib ki, nəqliyyatın hərəkətinə maneçilik törədən taksi dayanacaqları üçün yeni yerlər müəyyənləşdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!