17 Dekabr, 2011
Hava yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günə olan hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, qıraq şərq rayonlarında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamentinin hava haqqında qısa icmalı təqdim edib. Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!