16 Dekabr, 2011
Fövqəladə Hallar Nazirliyində bayramdır

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib  

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) işçilərinin peşə bayramıdır.

FHN 2005-ci il dekabrın 16-da yaranıb. Nazirliyin yaranmasının 6 illiyi münasibəti ilə qurumun rəhbərliyi bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov H. Əliyevin məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
Sonra isə FHN rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib. K. Heydərov “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi bu qurum qısa müddən ərzində ölkənin ən nüfuzlu nazirliyi olmaqla, bir sıra ölkələrdə baş verən təbii fəlakətlərin aradan qaldırılmasında yaxından iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!