16 Dekabr, 2011
Bakı metrosunda ilk “Wi-Fi” şəbəkəsi qurulur

Bu istiqamətdə ilk addım “Əzizbəyov” stansiyasında atılır

Tamamilə yenidən qurularaq, bu günlərdə istifadəyə veriləcək keçmiş “Məşədi Əzizbəyov” (yeni adı “Koroğlu” olacaq) stansiyası ən yeni texnologiyalarla təchiz edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Bakı Metropolitenindən verilən məlumata görə, metronun bütün stansiyalarından birinci olaraq burada simsiz internet – “Wi-Fi” şəbəkəsi qurulacaq. Hazırda bu istiqamətdə işlər gedir. Bu stansiya tam modern formada qurulur. İlk növbədə bu texnologiyanı burada sınaqdan keçirmək qərara alınıb.


Stansiyada yüksəksürətli internetə giriş pulsuz olacaq. Yəni vətəndaşlar müvafiq cihazlarından istifadə etməklə metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.

Bundan başqa stansiyada məlumat monitorları, informasiya köşkləri, gündəlik xəbərləri izləmək üçün elektron tablolar qurulacaq. Stansiyanın yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!