15 Dekabr, 2011
MİLLİ PARKDA PULSUZ ATRAKSİON AKSİYASI OLACAQ

Aksiya şənbə günü keçiriləcək

Dekabrın 17-si Dənizkənarı Milli Parkda uşaqları yenidən sürpriz gözləyir. Belə ki, şənbə günü bulvar ərazisində pulsuz atraksion aksiyası keçiriləcək. Bu barədə Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Yaşı 15-ə qədər olan uşaqlar səhər saat 9:00-dan 13:00-a qədər bulvardakı atrksiyonlardan pulsuz istifadə edə biləcəklər.

Qeyd edək ki, pulsuz atraksion aksiyası bu ilin yay aylarından başlayıb. İlk aksiya iyunun 1-i Beynəlxalq Uşaq Müdafiəsi günündə keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!