13 Dekabr, 2011
İşıq pulunu verməyənlər qaranlıqda qalacaq

“Bakıelektrikşəbəkə” xəbərdarlıq etdi.

17 dekabr saat 12:00-dan etibarən “Bakıelektrikşəbəkə”ASC-
yə borcu olan obonetlərin elektrik enerjisi təchizatı dayandırılacaq.

Bu barədə cəmiyyətin mətbuat xidmətindən Simsar.az-a məlumat verilib. ASC-dən verilən məlumata görə, cəmiyyətin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərə xəbərdarlıq edib.,


Borcunu qeyd olunan müddətdə ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları isə bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaq.

Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.
.
Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!