13 Dekabr, 2011
Yas mərasimi onlayn rejimdə

İngiltərədə yeni layihə sınaqdan keçirilir

İngiltərənin Steffordşayr rayon administrasiyası virtual yas mərasiminin əsasını qoyub. Belə ki, adıçəkilən qurum Tiksal Roud krematoriya və qəbiristanlığında onlayn kameralar və onlayn musiqi bazası sistemi quraraq, mərhumun qohumları və yaxınlarına yas mərasiminə internet vasitəsi ilə qatılmaq imkanı yaradıb. 

Administrasiya sözçüsü Entoni Evanz rəhmətə getmiş şəxsin hər hansı bir qohumu əlçatmaz məkanda yaşadıqda, ya sadəcə ağır xəstə olub dəfn mərasimində iştirak edə bilmədikdə, Steffordşayr krematoriyasının təklif etdiyi bu layihənin əvəzsiz vasitə olduğunu bildirib. Yas mərasimini izləmək üçün mərhumun yaxınlarına və qohumlarına xüsusi PİN kod verilir ki, həmin kod sayəsində krematoriyanın rəsmi veb səhifəsinə girib yas mərasimini onlayn rejimdə izləmək olur. Yeni layihənin digər bir üstünlüyü yas mərasimi zamanı çalınacaq həzin musiqini internet üzərindən seçmək imkanıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!