12 Dekabr, 2011
Orta məktəblərdə qış tətili 1 həftə olacaq

“Yeni il bayramında Azərbaycanın orta məktəblərində 7 gün dərs olmayacaq”  

Bunu Simsar.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, məktəblilərin qış tətili dekabrın 30-dan başlayır: “Şagirdlər yanvarın 6-da yenidən məktəbə qayıdacaqlar”.

Z. Əliqızı deyib ki, Bakının orta məktəblərində bütün istiqamətlər üzrə jurnalistlərlə birgə aparılan reydlər davam edir və BŞTİ-nin müdiri Nailə Rzaquliyeva da əvvəlcədən xəbərdarlıq etmədən orta məktəblərə baxışlar keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!