12 Dekabr, 2011
Bu gün Fəxri Xiyabanda qələbəlik olacaq

Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gün saat 07.00-dən etibarən Parlament prospekti Fəxri Xiyaban yolu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bu, Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək üçündür. BŞDYPİ rəsmisi mərasim başa çatana qədər yolların avtomobillərin hərəkəti üçün bağlı olacağını deyib.

Belə ki, Teymur Elçin Mehdi Hüseyn küçələri kəsişməsindən -yəni Teleteatrın binası yanından, Hüseyn Cavid prospekti Mikayıl Müşviq küçəsinin kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən Parlament prospekti Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Sürücülərin nativ yollardan istifadə etməsi xahiş olunur.

AzərTAC

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!