10 Dekabr, 2011
QANUNSUZ TİKİLİLƏRƏ SƏNƏD VERİLƏ BİLƏR

Qanun layihəsi parlamentə daxil olub

Azərbaycanda qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.

Simsar.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, son illər tikinti sahəsində çox ciddi qanun pozuntuları olub, əsassız işlər görülüb: “Qanun layihəsi qəbul olunarsa, biz də onun əsasında müvafiq iş aparacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!