10 Dekabr, 2011
QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan etdi

Əlavə təkliflər qəbul olundu

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası Şuranın sədri Azay Quliyev açaraq, 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilməsi üçün hazırlıq işlərinin yekunlaşdığını bildirib.

A.Quliyev maliyyələşdirilmə istiqamətləri, layihə mövzuları və müsabiqə üçün nəzərdə tutulan məbləğlərlə bağlı Şura üzvlərinə məlumat verib. Müzakirələr zamanı maliyyə müsabiqəsi elanının müxtəlif müddəa və şərtlərinə aid təkliflər irəli sürülüb və onların nəzərə alınması şərtilə müsabiqənin elan edilməsi haqda qərar çıxarılıb.

Müsabiqə elanı və müvafiq sənədlər toplusu ilə Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında tanış olmaq mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!