10 Dekabr, 2011
Havalar pisləşir

Temperatur 3-5 gün aşağı düşəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa içmalı: Bu gün gündüzdən sabah səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, axşam və gecə yağış yağacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!