9 Dekabr, 2011
"Sürüşmə proqramı" hazırlanır

Aktiv zonaların adı çəkildi

Son illərdə Azərbaycanda sürüşmə zonalarında aktivlik müşahidə olunur.  Simsar.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintİdə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

E.Əsədov qeyd edib ki, Azərbaycanda sürüşməyə ən çox meylli ərazilər Lənkəran, Lerik, Astara, Xaçmaz, Qusar və Gədəbəy rayonlarının əraziləridir: “Hazırda Azərbaycanda sürüşmə zonalarında yaşayan insanların problemləri ilə bağlı proqram hazırlanır. Biz bu il Qubanın Güləzi kəndindən 189 ailənin köçürülməsini nəzərdə tutmuşuq. Bunun üçün Quba rayonunda yeni qəsəbə salınıb və infrastruktur yaradılıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!