9 Dekabr, 2011
Erkən nigahlardan doğulanların statistikası

Əlil uşaqlarının da sayı çoxdur

“Azərbaycanda 59 min əlil uşaq var”. APA-nın xəbərinə görə, bu barədə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

A. Sofiyeva nikaha daxil olan gənclərin bir-birlərinin sağlamlıq durumundan xəbərsiz olduqları üçün problemlərin yarandığını deyib: “Sonradan belə problemlərlə üzləşməmək üçün vaxtında tədbir görmək lazımdır. İl ərzində erkən nikahlardan 3500 körpə dünyaya gəlir. Erkən nikaha daxil olanlar çox vaxt evləndiklərini gizlədirlər. Sonradan uşaq doğulanda biz bunu bilirik. Bu gün boşanmaların çoxu uşağın olmaması, kişinin pis vərdişlərin olması kimi problemlər nəticəsində baş verir. Ötən illə müqayisədə bu il boşanmaların sayı 0, 1 dəfə artıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!