8 Dekabr, 2011
Bu məktəblərin Təhsil Nazirliyinə aidliyi yoxdur-SİYAHI

Onlar Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə əsasən, siyahıda ilk peşə-ixtisas təhsili müəssisələri" bölməsindən "Şərur Peşə Liseyi", "Culfa Peşə Məktəbi" və "Ordubad Peşə Məktəbi" sözləri çıxarılıb.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, yeni qərarla hər üç peşə məktəbi və "Ordubad şəhər M.Füzuli adına İnternat məktəbi" Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Həmin məktəblər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!