8 Dekabr, 2011
Rusiya və Ukraynada sıfır balla instituta girmək mümkündür

Bu üsul azərbaycanlılar üçündür

“Rusiya və Ukraynada müəyyən demoqrafik problemlər var. Əhali azalıb, ona gərə də, bizim abituriyentlərimizi xarici tələbə kimi qəbul etmək istəyirlər”.

Simsar.az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M. Abbaszadə bildirib ki, Rusiya və Ukraynanın ali məktəblərdə boş plan yerləri qaldığı üçün həmin yerlərə azərbaycanlı abituriyentləri yalnız attestatla və imtahansız qəbul edirlər: "Onlar tələbəni sıfır balla qəbul edib, onu öyrədir və mütəxəssis kimi yetişdirirlərsə, bu, müsbət haldır. Amma formal olaraq, tələbələri sentyabrda qəbul edir, yanvarda isə Azərbaycanın ali məktəblərinə köçürəcəksə, bu yaxşı hal deyil”. 
Komissiya sədri deyib ki, hazırda Azərbaycanda xaricdəki ali təhsil məktəblərindən yerli ali təhsil müəssisələrinə kütləvi şəkildə köçürmələr yoxdur: “Köçürmə halları ilə yalnız TQDK deyil, ictimaiyyət, müvafiq orqanlar da mübarizə aparmalıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!