8 Dekabr, 2011
Çayların dibi dərinləşdirilir

3 gəmi gətirilib

Azərbaycan çaylarının dibinin dərinləşdirilməsi, sahilbərkitmə işlərinin aparılması məqsədilə Hollandiyadan üç böyük, çoxfunksiyalı gəmi gətirilib. Simsar.az-ın məlumatına görə, bunu cümə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Heydərov bildirib ki, onların işi Kür çayının dibinin dərinləşdirilməsi, sahilbərkitmə işlərinin aparılması, o cümlədən Kür çayının deltasında təmizləmə, bərkitmə işlərinin aparılmasıdır.

Nazirin sözlərinə görə, gələcəkdə bu gəmilər hesabına qurunt sularından təmizləmə də həyata keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!