8 Dekabr, 2011
Gələn il işləmədiyimiz günlər

Hökümət bayram günlərini müəyyən etdi

Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edib.

 Nazirlər Kabinetindən cümə axşamı Simsar.az-a bildiriblər ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!