8 Dekabr, 2011
Bakı susuz qalıb

Nəsimi, Yasamal və Binəqədi rayonlarında içməli su məhdudiyyəti

Dekabrın 8-də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə - 1-ci, 2-ci, 3-cü mikrorayonlara, 2-ci Alatava yaşayış massivi və Rəsulzadə qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaq.

Bu barədə Simsar.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumatda bildirilir ki, məhdudiyyətlər həyata keçirilən layihələrə uyğun olaraq magistral kəmərlərin yenilənməsi işləri ilə bağlıdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!