8 Dekabr, 2011
Goranboyda qədim şəhər tapılıb

Şətəl şəhəri Xəzər xaqanı Cəbi oğlu Şatın şərəfinə tikilib

Goranboyda orta əsrlərə aid şəhər tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Simsar.az-a daxil olan məlumata görə, qədim Şətəl qalasının divarları təsadüfən aşkar olunub.

Gəncə Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmlər doktoru, professor Arif Məmmədovun sözlərinə görə, tapılan şəhər orta əsr Şətəl şəhərinin qalıqlarıdı. Qala divarları rayona su xətti çəkilərkən aşkarlanıb. Amma bu işlər görülərkən qala divarlarına heç bir zədə dəyməyib.

Məmmədov deyib ki, qala divarlarını mühafizə etmək məqsədilə onun aşkarlandığı ərazi yenidən doldurulub. Həmin ərazidə gələn il yenidən genişmiqyaslı tədqiqat işlərinin aparılması qərara alınıb.

Tarixçi bildirib ki, Şətəl şəhərinin əsası V əsrdə qoyulub. Xəzər xaqanı Cəbi oğlu Şatın şərəfinə 6 şəhər saldırıb. Onlar Şamaxı, Şirvan, Şəki, Şabran, Şəmkir və Şətəldir.

Məmmədovun sözlərinə görə, bu şəhərin adı mənbələrdə Şutur kimi qeyd edilib. Yerli əhali isə buranı Şətəl adlandırıb.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!