7 Dekabr, 2011
Rusiya nümayəndə heyəti Qəbələ RLS-lə bağlı Bakıya gəlir

Səfər Əbiyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşüb

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Qəbələ Radio Lokasiya Sisteminin (RLS) Rusiya tərəfindən gələcəkdə də istifadə olunması şərtlərini müzakirə ediblər. Bu barədə "İnterfaks-AVN"ə (Hərbi Xəbərlər Agentliyi) Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, podpolkovnik İrina Kovalçuk bildirib.

"Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında hərbi sahədə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini, Qəbələ RLS-dən fəaliyyət müddətinin uzadılması, istifadə prinsipləri və şərtləri müzakirə ediblər", deyə İ. Kovalçuk qeyd edib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bu məsələlərin son həlli ilə bağlı yaxın zamanlarda dövlətlərarası danışıqların başlanılması nəzərdə tutulub.

"Bu məqsədlə müdafiə nazirinin müavini Anatoli Antonovun rəhbərlik etdiyi Rusiyanın idarələrarası nümayəndə heyətinin Bakıya göndərilməsi barədə qərar qəbul olunub", deyə Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!