7 Dekabr, 2011
Gənclərin sayı artır

Azad Rəhimov arqumentini rəqəmlərlə əsaslandırır

Son 10 il ərzində Azərbaycanda gənclərin sayının artması tendensiyası müşahidə olunur. Simsar.az-ın məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.

"Hazırda Azərbaycan əhalisinin 31,2 faizi (2,8 milyon nəfəri) gənclərdir", - Rəhimov əlavə edib.

Onun sözlərinə görə, növbəti onillikdə Azərbayacnda əhalinin üçdə birini gənclər təşkil edəcək.

Nazir bildirib ki, bugünkü gənclərin geniş maraq spektri aydın şəkildə görünür.

"Gənclər vətənpərvərlik tərbiyəsini, azərbaycançılıq ideyasını təbliğ edirlər. Azərbaycanda gənclərin ictimai fəallığı yüksək səviyyədədir. Hazırda ölkədə gənclərin 215 ictimai birliyi fəaliyyət göstərir, onlar həm dövlət, həm beynəlxalq təşkilatlarla əlaqə qururlar. Son illər gənclər təşkilatlarının sayı artmaqla yanaşı, onların fəaliyyət sahəsi genişlənib. Gənclərin təşkilatlanması regionlarda başlayır və ölkənin bir sıra rayonlarında gənclər təşkilatları fəaliyyət göstərir", - Rəhimov çıxışında vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!