6 Dekabr, 2011
Bakıda Aşura mərasimində 2 nəfər ölümlə üzləşdi

Bu gün Bakının Təzəpir məscidində keçirilən Aşura mərasimləri zamanı 1 nəfər infarkt keçirib.

Simsar.az-ın “qaynar xətt”inə daxil olan məlumata görə, məsciddə mollalardan biri huşunu itirib və yıxılıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, həmin şəxs 4 saylı şəhər xəstəxanasına yerləşdirilib. İlkin müayinədən sonra onun infarkt keçirdiyi məlum olub. 

Stansiyadan Lent.az-a verilən digər məlumata görə, bu gün Qaraçuxur məscidində də insident yaşanıb. Məsciddəki basabas zamanı orta yaşlı qadın insult keçirib. Həmin qadın xəstəxanaya yerləşdirilib.

Ümumiyyətlə, bu gün Aşura mərasimlərində 6 dəfə təcili tibbi yardım briqadalarına müraciət olunub. Stansiyanın briqadaları növbətçilik sistemində fəaliyyətini davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!