5 Dekabr, 2011
Bütün dini icmalar Şeyxin idarəsinə verildi

Nizamnamə qanuna uyğunlaşdırıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nizamnaməsinə dəyişiklik edilib. APA-nın məlumatına görə, dəyişiklik “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır. QMİ-nin Nizamnaməsi “Dini etiqad azadlığı haqqında” qanuna uyğunlaşdırılıb.

“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə QMİ-yə əlavə səlahiyyətlər verilib, ölkədə fəaliyyət göstərən İslam təmayüllü dini icmalar QMİ-yə tabe edilib.

Həmçinin, qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmanda QMİ-yə dövlət büdcəsindən maliyyə yardımının göstəriləcəyi bildirilir. Bundan başqa, QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaradılması təklif edilib.

QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, artıq Nizamnamə müvafiq dövlət qurumlarına, həmçinin İslam təmayüllü dini icmalara təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!