5 Dekabr, 2011
Dəqiqləşdi: Soros Azərbaycandan getdi"

Fond Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənarda həyata keçirəcək

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACİYF-Azərbaycan) ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, fondun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, qrantların verilməsi vasitəsi ilə Azərbaycanda 15 il demokratik islahatlar və vətəndaş cəmiyyətinin inkişafına çalışan Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACİYF-Azərbaycan – Soros Fondu) 2012-ci ildən etibarən qrantların verilməsi fəaliyyətini dayandırır və əməliyyat və struktur yenilənməsi prosesinə başlayır. Fondda baş verən bu dəyişikliklə əlaqədar, ACİYF-nun tərkib hissəsi olduğu Açıq Cəmiyyət Fondları Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənar həyata keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!