5 Dekabr, 2011
KÖÇÜRÜLMƏ PAŞAYEVLƏRDƏN BAŞLADI

Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialı üçünkampuslar tikilir

Azərbaycanın üç ali məktəbi üçün paytaxt kənarında müasir tipli təhsil kompleksi – kampuslar tikilir.

Simsar.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir bu ali məktəblərin Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı olduğunu qeyd edib. 

Misir Mərdanov bu tikinti başa çatandan sonra digər ali məktəblər üçün də oxşar addımların atılacağını deyib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasının rektoru Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru isə Nərgiz Paşayevadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!