5 Dekabr, 2011
Rabitə işçilərinin bayramıdı

130 illiyə həsr olunan yubiley

  Bu gün “Hilton” otelində rabitə işçilərinin peşə bayramı münasibətilə bağlı geniş tədbir keçirilib.  Simsar.az-ın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə giriş sözü ilə çıxış edib: “Bu gün rabitə işçiləri 130 illik yubileylərini qeyd edirlər. Bu münasibətlə Azərbaycan Respublikası prezidenti bir qrup rabitə işçisini fəxri adlarla mükafatlandırıb. İndi burada 130 illik tarixə və son illərdə görülən işlərə nəzər salacağıq. Ümumiyyətlə, artıq son illərdə informasiya texnologiyaları nazirliyinə olan böyük diqqət, görülən işlər Azərbaycanın inkişaf səviyyəsini inkişaf etməkdə olan ölkələr sırasından və inkişaf etmiş ölkələr səviyyəsinə qaldırıb”.

Bundan sonra rabitə işçilərinin təltif olunub. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamına əsasən, 1 nəfərə Şöhrət ordeni, 21 nəfərə Tərəqqi medalı, 16 rabitəçiyə isə Fəxri fərman təqdim edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov rabitə işçiləri adından dövlət başçısına təbrik məktubunu oxuyub. Qeyd edək ki, tədbir internet üzərindən canlı yayımlanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!