5 Dekabr, 2011
Başını yarma, get məscidlərdə qan ver-SİYAHI

13 məscid bu iş üçün hazırlanıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, aksiya “Təzəpir” məscidi, “Hacı Soltanəli” məscidi, “Bibiheybət” məscidi, İçərişəhər “Cümə” məscidi, Qaraçuxur məscidi, “Mirmövsüm Ağa” məscidi, Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər “Böyük Bazar” məscidi, Bərdə şəhər “Cümə” məscidində təşkil olunacaq. Səhər saatlarından başlayaraq Səhiyyə Nazirliyinin briqadaları adları qeyd olunan 13 məsciddə və məscidlərin yaxınlığında yerləşən xəstəxanalarda qan qəbul etmək üçün hazır vəziyyətdə olacaq.

Qeyd edək ki, Aşura günü dekabrın 6-na təsadüf edir. QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar verdiyi fətvada müsəlmanlara qanvermə aksiyasında iştirak etmək tövsiyə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!