4 Dekabr, 2011
Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, bəzi şərq rayonlarında isə çiskinli, az yağıntılı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Dekabrın 4-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!