3 Dekabr, 2011
Təhsil nazirindən şok etiraf

Dələduz məktəb direktoru təyin edilib

Simsar.az-ın verdiyi məlumata görə, bunu bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında təhsil naziri Misir Mərdanov söyləyib. 

Misir Mərdanov bildirib ki, Altay İsmayılov təhsil işçisinə yaraşmayan hərəkətlər məşğul olduğu üçün onunla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət daxil olub: “O, işdən çıxarılıb. Amma məktəb direktorlarının təyinatını Təhsil Nazirliyi həyata keçirmir və məlumat almışıq ki, o, Göyçay rayonunda məktəb direktoru təyin olunub. Bu kimi hallar təhsilimiz üçün üz qarasıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!