3 Dekabr, 2011
MİSİR MƏRDANOV: “ONLARA MÖHLƏT VERİN”

Nazir riyaziyyat və fizika ilə məşğul olanlara güzəşt istəyir

Xeyli müddətdir, elmi dairələrdə, parlamentdə magistraturaya qəbul olmaq istəyənlərə hərbi möhlət hüququnun verilməsi müzakirə olunur. Qeyd edilir ki, bakalavr pilləsini başa vuran tələbələr bir illik hərbi xidmətdən sonra təhsillərini davam etdirməkdə çətinlik çəkirlər. Ona görə də, magistraturaya imtahan vermək istəyən tələbələrlə bağlı hərbi möhlət hüququnun tanınması təklif olunur.

Təklifə təhsil naziri Misir Mərdanov da qoşulub.
Simsar.az-ın məlumatına görə, M.Mərdanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, riyaziyyat və fizika kimi elmlərlə müəyyən müddət məşğul olmadıqda ciddi problemlər yaranır.
Nazir magistr olmaq istəyən oğlanlara hərbi qulluqdan möhlət hüququ verilməsinə tərəfdar olduğunu bildirməklə yanaşı, bunun səbəblərini açıqlayıb. “Xüsusilə riyaziyyat və fizika kimi elmlərlə müəyyən müddət məşğul olmadıqda ciddi problemlər yaranır. Buna görə də gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!