3 Dekabr, 2011
Təhsil strategiyası hələ prezidentə təqdim edilməyib

Nazir deyir ki, layihə daxildə müzakir olunmalıdı

“İşçi Qrupu təhsil strategiyası hazırlayıb və bu strategiya Təhsil Nazirliyində geniş müzakirə olunduqdan sonda Azərbaycan Respublikası Prezidentinə təqdim olunacaq”. Simsar.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib. 

Misir Mərdanov deyib ki, Təhsil Nazirliyində bu gün keçiriləcək kollegiya iclasında ümumi təhsilin bütün problemləri rəqəmlərlə nəzərə çatdırılacaq, mövcud problemlər müzakirə olunacaq.

Təhsil strategiyasının hazırlanması ilə bağlı xəbərə bundan öncə də mətbuat bir neçə dəfə diqqət çəkib. Təhsil naziri əvvəlki açıqlamalarında eyni fikri təkrarlayıb: "Təhsil strategiyası hazırdır, prezidentə təqdim ediləcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!