2 Dekabr, 2011
Ziyalılar toplanmaq istəyir

Amma xarici səfərlərin çoxluğu buna imkan vermir

Azərbaycan Ziyalılar Forumunun toplantısı bu ay keçirilməyə bilər. Səbəb forumün əsas üzvlərinin xaricdə səfərlərdə olmalarıdır.

Forumun təsisçilərindən olan, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Simsar.az saytına deyib ki, teatr yubleyi ilə bağlı Rüstəm İbrahimbəyov Rusiya, Amerika və Avropaya səfərlər edəcək: “Cəmil Həsənli və mən də xarici səfərlərdə olacağıq. Bu üzdən toplantımız təxirə salınıb”

E.Namazov qeyd edib ki, əgər Forum üzvləri ölkədə olsa, toplantı bu ay keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!