2 Dekabr, 2011
Aşurada şəriətə uyğun olmayan əməl nədir?

Şeyx cavab verir

“Məhərrəmlik ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası olub. Mən bir daha deyirəm ki, əgər dinə, Allaha, “Qurani-Kərim”ə hörmət edirlərsə, təziyələr İmam Hüseynin istədiyi formada keçirilsin. Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib. Şeyxülislam deyib ki, bu gün Səhiyyə Nazirliyində QMİ nümayəndələrinin də iştirakı ilə qanvermə aksiyasının təşkili ilə bağlı toplantı keçiriləcək. Onun sözlərinə görə, aksiyanın keçirilməsi üçün məscidlərdə xüsusi yerlər ayrılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!