2 Dekabr, 2011
Avropalı gənclər Bakıda

Məqsəd müxtəlif ölkələrin gənclərini bir araya toplamaqdı

Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu ilə birlikdə dekabr ayının 2-dən 4-dək “Şərqi Avropa və Qafqaz ölkələri üzrə layihə qrupunun” görüşünü keçirir.

Forumun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, görüş “Egoist” otelində keçirilir. Görüşdə 10 ölkədən 13 nümayəndə iştirak edir. Litva, Almaniya, Finlandiya, Hollandiya, Moldova, Azərbaycan, Belçika, Belorusiya, Polşa və Rusiyadan olan nümayəndələr Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələr mövzusunda müzakirələr aparır. Əsas məqsədlərdən biri də müxtəlif ölkələrin gənclərinin bir araya toplanması və öz ölkələrindəki təcrübənin mübadiləsini aparmaqdır.

Qeyd edək ki, Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olan ARGTMŞ Forumla ikitərəfli əməkdaşlıq edir və müxtəlif layihələr həyata keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!