2 Dekabr, 2011
60 min əlil uşağın yarıdan çoxu təhsilsizdi

Əlil Təşkilatları İttifaqından Təhsil Nazirliyinə qarşı ittiham

“Azərbaycanda əlilliyi olan insanların ən vacib problemlərindən biri isə təhsil və məşğulluq məsələsidir”.

Simsar.az-ın xəbərinə görə, bunu Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib. 

D. Rəhimli bildirib ki, Azərbaycanda əlilliyi olan 60 min uşaq olduğu halda, onların çox az bir hissəsi - 7 min nəfəri təhsilə cəlb olunub. Onların 268-i inkülüziv təhsil alır.

Onun sözlərinə görə, bunu müxtəlif obyektiv və hökumətdən asılı olmayan səbəbləri var.

D. Rəhimli onu da deyib ki, “Təhsil haqqında” qanun uzun müzakirələrdən sonra qəbul olunsa da, orada əlilliyi olan insanlarla bağlı məsələ onları qane etmir: “Ümid edirik ki, müvafiq beynəlxalq konvensiyaya uyğun olaraq qanuna dəyişiklik olunacaq. Bundan sonra əlilliyi olan insanların təhsillə bağlı problemlərinin aradan qaldırılmasına başlana bilər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!