2 Dekabr, 2011
TARIF ŞURASI QİTMƏTLƏRİ ÖZBAŞINA QALDIRIB

Tağı Əhmədovun köməkçisi insanların narazılığını normal sayır

“Metropolitenin heç bir müraciəti olmayıb.
Bir sərnişinin metroda daşınması 47 qəpiyə başa gəlir. Tarif Şurası da fikirləşir ki, 47 qəpiyin 32 qəpiyini dövlət nə vaxta qədər ödəyəcək”.

Bunu mətbuata açıqlamasında Bakı metropolitenin rəisi Tağı Əhmədovun köməkçisi Məmməd Bayramov deyib.

Qiymət artımı ilə bağlı insanların narazılığına gəldikdə isə
M.Bayramov düşünür ki, adamlar bu məsələdə haqlıdır: “Bilirsiniz, 5 qəpik artım göz qabağında olan nəqliyyat növündədir, narazılıq da bununla bağlıdır. Bazarda birdən-birə ət 2-3 manat bahalaşır, amma heç kim ona etiraz etmir. İndi adamlar narazılıq edir. Mənim də elə bir imkanım yoxdur ki, bu narazılığı saxlamaq üçün nə isə edim. Dövlət elə məsləhət görüb artırıblar. Mən indi eşitdim ki, aşağıda, bu ətrafda adamlar yığışıblar. Bunlar dövlətçilik əleyhinə gedən adamlardır”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!