1 Dekabr, 2011
Gənclər Tağı Əhmədov üçün diləndilər

«Tələbəyəm, metroya minmək istəyirəm, 5 qəpik çatmır» şüarı ilə aksiya keçirilib

Dekabrın 1-də bir qrup gənc gediş haqqının artırılmasına etiraz olaraq metronun «Elmlər Akademiyası» stansiyasının girişində səssiz aksiya keçiriblər.

Əllərində «Tağı Əhmədov üçün dilənirəm», «Tələbəyəm, metroya minmək istəyirəm, 5 qəpik çatmır» şüarları tutmuş gənclər adamları dekabrın 2 və 3-ü metrodan istifadə etməməyə çağırıblar.

Polis iki aksiyaçını saxlayıb. Gənclər isə aksiyanı davam etdirəcəklərini bildiriblər.

Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olub. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də çıxarıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!