30 Noyabr, 2011
"Şəfa" satıldı

Baş məşqiçi təqaüdə göndərildi

Simsar.az-ın məlumatına görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayevdən başqa vitse-prezident Elşad Nəsirov və digər üzvlər - Elmar Qasımov, İskəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak edib. 

Digər vitse-prezident Rauf Əliyev, eləcə də Hafiz Məmmədovla Mahir Məmmədov toplantıdan kənarda qalıblar. Aparılan müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilə müddətinin 2014-cü ilə qədər artırılmasından əlavə, Bakının “İnter” klubunun “Şəfa” stadionunu satın alması ilə bağlı müraciəti müsbət cavablandırılıb. Bununla bağlı müvafiq sənədlərin hazırlanması baş katib Elxan Məmmədova həvalə olunub.

Eyni zamanda futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!