30 Noyabr, 2011
4 həftəyə ürəkdəki piyləri əritmək mümkün

Alimlər gündəlik 500 kalorilik qida qəbul etməklə ürək təzyiqinin aradan qalxdığını deyirlər

4 həftə ərzində hər gün cəmi 500 kalorilik qida qəbul etməklə ürəkdəki piylənməni əhəmiyyətli dərəcədə azaltmaq olar.

Simsar.az-ın məlumatına görə, Şimal Amerika Radiologiya Dərnəyinin (RSNA) ABŞ-ın Çikaqo şəhərində keçirilən illik konqresində təqdim edilən araşdırmada qeyd olunur ki, 500 kalorilik pəhrizlə bədənin kütlə indeksi 35-dən 27,5-ə düşür.Bu zaman ürəyin ətrafındakı perikard təbəqəsi orta hesabla 39 millilitr olan piy miqdarı 31 millilitrə enir.

Perikardiyal piylənmənin azalması nəticəsində təzyiq problemi də aradan qalxır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!