30 Noyabr, 2011
Miqrasiya Məcəlləsi parlamentdə müzakirəyə çıxarılacaq

Məcəllə hazırdır

Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanıb və yuxarı icra hakimiyyəti orqanlarına təqdim olunub. Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX)-nın Miqrasiya Siyasəti idarəsinin rəhbəri Vahid Qədimov bildirib. V.Qədimov deyib ki, yaxın aylarda qanunvericili aktının parlamentdə müzakirələrə çıxarılması gözlənilir.

İdarə rəhbəri onu da qeyd edib ki, məcəllədə Azərbaycanda miqrasiyaya aid bütün sənədlər toplanacaq. Beləliklə də Azərbaycan dünyada Miqrasiya Məcəlləsini qəbul etmiş ilk ölkə olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!