30 Noyabr, 2011
Jurnalistlər nəqliyyatdan pulsuz istifadə edə bilər?

Əflatun Amaşov deyir ki, mümkündü

“Jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündəmə gətirmək lazımdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Şura sədri deyib ki, bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi: “Həmin qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma bu məsələni gündəmə gətirmək lazımdır”.

Ə. Amaşov bildirib ki, bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, bununla bağlı müəyyən razılıq əldə etməlidirlər: “Ancaq bu məsələ mütəmadi olaraq, şuranın gündəmindədir. Bununla bağlı müvafiq qurumlara müraciətlər etmişik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!