30 Noyabr, 2011
Paytaxtda içməli su problemi daha dərinləşir

3 rayonda su olmayacaq

Noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri aparılır. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!