28 Noyabr, 2011
Ayətullah Rafiq Tağının qətlinə görə müsəlmanları təbrik etdi

"Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq."

İranlı ayətullah Məhəmməd Cavad Lənkərani yazıçı-publisist Rafiq Tağı üçün verilmiş ölüm fətvasının yerinə yetirilməsi ilə bağlı bəyanat yayıb. 

Ayətullah Lənkərani bildirib ki, İslam müqəddəsliklərini, Allahın rəsulunu təhqir etmiş şəxsin öldürülməsinə görə Allaha şükür edir:  İslam düşmənləri bilsinlər ki, azadə müsəlmanlar və qeyrətli gənclər İslam müqəddəsliklərinin aşağılanmasında dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaqlar". 
Daha sonra ayətullah bu qətlə görə dünya müsəlmanlarını, xüsusilə Azərbaycan xalqını təbrik edir, yazıçı barədə ölüm hökmü çıxarmış ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutduğunu bildirir

Musavat.com

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!